“Hələ heç nə bitməyib” - Qurban Qurbanov

“Hələ heç nə bitməyib”
Oxunma sayı: 1436

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" qrup mərhələsinin IV turunda səfərdə APOEL-ə 1:2 hesabıyla məğlub olub.

"Qafqazinfo" xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi qarşılaşmadan sonra klub saytına məğlubiyyəti şərh edib.

"Hesab 1:0 olduqdan sonra, iki, üç və dördüncü qolları vura biləcəyimiz halda məğlub olduq. Futbol belə bir fərqli oyundur. Həm Bakıdakı, həm də bu gün rəqibdən çox qol epizodlarımız olsa da, qalib gələ bilmədik. Nəticə nə qədər ədalətsiz olsa da, APOEL-i təbrik etməliyik. Hələ heç nə bitməyib, mübarizəmizi sona qədər davam etdirəcəyik", - deyə təcrübəli çalışdırıcı bildirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi