“Hələ ki, Azərbaycanda yoluxma aşkar olunmayıb”

hele-ki-azerbaycanda-yoluxma-askar-olunmayib
Oxunma sayı: 998

“Bu günə olan məlumata görə, hələ ki, ölkəmizdə koronovirusa yoluxmaqda şübhəli bilinən xəstə aşkar olunmayıb”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktorunun müavini Afaq Əliyeva mətbuat konfransında deyib. Onun sözlərinə görə, əgər virus aşkar olunarsa, bu barədə karantin xidmətinə, Səhiyyə Nazirliyinə məlumat veriləcək və lazımi tədbirlər görüləcək:

“Xəstənin müayinə və müalicəsi üçün tibb mərkəzlərində hər cür şərait yaradılıb. Eyni zamanda respublika şəhər və rayonlarının Mərkəzi Xəstəxanaları lazımi dərman preparatları, dezinfeksiyaedici maddələr və digər ləvazimatlarla təmin olunub. 

Əhalinin maarifləndirilməsi vacibdir. İnsanlar arasında təşviş var, ancaq buna hələ ki, ehtiyac yoxdur. 

Ticari əlaqələrlə bağlı Çindən vətənə qayıdanlar varsa, sağlam vəziyyətdə belə nəzarətə götürülməlidir. Çünki bu xəstəliyə xas 2-14 günlük bir inkubasiya dövrü var”.