“Hələ ki, əməliyyatı təxirə salmışam...”- - Günay

hele-ki-emeliyyati-texire-salmisam-
Oxunma sayı: 1565


“Qafqazinfo”ya açıqlamasında müğənni bir albomunun seçmə mahnılarından, digərinin təzə mahnılarından ibarət olacağını bildirib: 

“Yeni albomum hazırdır, “Sənə bağlanıram” adlanır. Türkiyədə hazırlanıb. Hazırlıq prosesi uzun çəkdi. Tələsmədim, keyfiyyətli iş ortaya çıxartmaq istədim. Albom həm Türkiyədə, həm də  Azərbaycanda satışa çıxarılacaq. Albomum üçün imza günü keçirəcəm. İnanıram ki, uğurlu alınacaq. İkinci albomum üzərində çalışıram. Burada eşitmədiyiniz mahnılar yer alacaq. Yeniliklərim çox olacaq”.

Bir müddət əvvəl burun əməliyyatı olacağını açıqlayan Günay  fikrindən daşındığını da açıqlayıb:

“Hərdəm xəyalam. Gah əməliyyat olmağı istəyirəm, gah da istəmirəm. Hələ ki, əməliyyatı təxirə salmışam. Bir az gözləmək istəyirəm. Nə vaxt əməliyyat olsam, xəbər edəcəm”.  

Könül