“Qafqazinfo”ya açıqlama verən stadionun direktoru Akif İsmayılov son günlərdə bərbad vəziyyəti ilə “Qarabağ” və “Neftçi”nin avrokubok matçlarının nəticəsinə birbaşa təsir edən Tofiq Bəhramov adına Respublika stadionunun son vəziyyəti ilə bağlı maraqlı fikrilər səsləndirib.
A. İsmayılov stadionu ideal vəziyyətə gətirmək üçün xaricdən gələn yeni ot örtüyünü gözlədiklərini deyib: “Tam olaraq qazonun hansı ölkədən gətirilməsi sualına cavab verə bilməyəcəyəm. Bu proses AFFA-nın nəzarəti, Gənclər və İdman naziri Azad Rəhimovun birbaşa göstərişi ilə həyata keçirilir. Lakin qazon bu gün və ya sabah yola düşəcək. Əgər gömrük keçid məntəqələrində bir problem yaşanmasa, 10 gün ərzində qazon Bakıda olacaq. Biz də qazonun Bakıya çatmasına bir-iki qaldığı vaxtda hazırkı ot örtüyünü sökməyə başlayacağıq. İndi mövcud olan ot örtüyünə qulluq prosesi gedir. Bildiyiniz kimi, biz əvvəllər bolqarıstanlı mütəxəssislərlə çalışırdıq və onlar da belə fikir irəli sürürdülər ki, ot örtüyü qum üzərində yox, torpaq üzərində olsa, istiyə daha davamlı olar. Lakin hazırda əməkdaşlıq etdiyimiz ingilis mütəxəssislər bu fikirlə razı deyillər. Dünyanın bir çox aparıcı futbol ölkələrində də qazon qum üzərində salınır. Bu futbolçuların meydançada rahat hərəkət etməsinə şərait yaradır. Ona görə də yeni qazonu da qum üzərində salacağıq”
Qeyd edək ki, Avro Liqanım qrup mərhələsi çərçivəsində “Qarabağ” sentyabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda Fransanın “Sent Etyen” klubunu qəbul edəcək.
İqbal
Son xəbərlər
Son Xəbərlər