Suriyanın Hələb şəhərinə raket hücumları davam edir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Hələb ətrafında olan terrorçular bu gün səhər saatlarında şəhərin bir küçəsini raket zərbələrinə məruz qoyub. Hücum nəticəsində 2-si uşaq olmaqla, 4 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb.
Qeyd edək ki, son iki ay ərzində raket zərbələri nəticəsində 200-dən artıq mülki vətəndaş həyatını itirib.
Son xəbərlər
Son Xəbərlər