Hələbdə partlayış nəticəsində ölənlərin sayı 70-ə çatıb

helebde-partlayis-neticesinde-olenlerin-sayi-70-e-catib
Oxunma sayı: 645

Suriyanın Hələb şəhərində baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb, daha 130 nəfər isə yaralanıb.

Ölənlərin arasında xeyli sayda uşaq və qadının olduğu bildirilib.                 

İlkin məlumata görə, terroçu-kamikadze avtomobilini şəhərin qərbində, şiələrin yaşadığı Fua və Kefrayadən təxliyə edilən insanları daşıyan avtobusların yanında partladıb.