Hələbdə partlayış törədildi, uşaqlar yaralandı

helebde-partlayis-toredildi-usaqlar-yaralandi
Oxunma sayı: 971

Suriyanın Hələb şəhərinin Maysar rayonunda terror aktı törədilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, nəticədə 5 uşaq yaralanıb. Terror aktı tərəvəz bazarı yaxınlığında əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində baş verib.

Yaralı uşaqlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.