Suriyanın Hələb şəhərindəki hava limanı 8 ildə ilk dəfə fevralın 19-da sərnişin təyyarəsini qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Suriyanın dövlət agentliyi “SANA” məlumat yayıb.
Layner ölkənin paytaxtı Dəməşqdən Hələbə uçub.
Agentlik təyyarənin bölgədəki terrorçuların ortadan qaldırılması səbəbindən qəbul edildiyini qeyd edib.
Nəqliyyat naziri Ali Hamud hökumət qüvvələrinin Hələb və Suriyanın qalan hissəsini işğalçılardan azad etmək üçün əlindən gələni etdiyini bildirib.
Son xəbərlər
Son Xəbərlər