“Cəbxat ən- Nüsrə” terror qruplaşması Hələbdə Meydan bazarını atəşə tutub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bazarın atəşə tutulması nəticəsində beş dinc sakin həlak olub, 50 nəfər isə ağır yaralanıb. Yaxınlıqda yerləşən 20-ə yaxın ev dağılıb.
Qeyd edək ki, dünən daha 100 dinc sakin yaraqlıların açdığı atəş nəticəsində yaralanıb.
Son xəbərlər
Son Xəbərlər