Helikopter çimərliyə düşdü - Ölən və yaralananlar var

helikopter-cimerliye-dusdu
Oxunma sayı: 2955

Puerto-Rikoda təyyarə qəzası baş verib.

“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, hadisə paytaxt San Xuan şəhərinin yaxınlığındakı Rio-Qrande şəhərində baş verib.

“JetRanger” helikopteri texniki nasazlıqdan sonra yerə çırpılıb. Hadisə nəticəsində helikopterdə olan 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Çimərlikdə olanlardan isə xəsarət alan olmayıb.

Faktla bağlı Federal Aviasiya İdarəsi tərəfindən araşdırma aparılır.