Helikopter qəzası - 9 ölü

helikopter-qezasi-
Oxunma sayı: 2229

İraq ordusuna məxsus Mi-17 helikopteri qəza törədib.

“Qafqazinfo” ria.ru-ya istinadən xəbər verir ki, Bağdadın cənubunda qəzaya düşən helikopterdə 9 nəfər ölüb.

İraq ordusunun nümayəndəsi Yəhya Rəsul qəzaya texniki nasazlığın səbəb olduğunu deyir.

Amma həmin təyyarənin İŞİD terror qruplaşması tərəfindən vurulması faktı da istisna edilmir.