Qeyd edək ki, hadisə zamanı helikopteri idarə edən zabitlərin üçü də (kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu) Xəzər Dənizində bataraq vəfat etdilər.
Hərbi ekspertlər mövzuyla bağlı dəfələrlə çıxış edərək hadisə zamanı həlak olan bütün hərbçilərə şəhid statusunun verilməli olduğunu bildirmişdilər.
Hadisə eks-müdafiə naziri Səfər Əbiyevin zamanında baş verdiyi üçün, Zakir Həsənovun təyinatından sonra yenidən bu mövzu gündəmə gəlib və hərbçilərə şəhid adının verilməsi ilə bağlı yenidən müzakirələr başlayıb.
Xatırladaq ki, hərbçilər arasında toyuna iki ay qalmış həlak olan Bəhruz Zeynalov da var idi.
“Qafqazinfo” sözügedən mövzu ilə bağlı Müdafiə Nazirliyinə sorğu göndərib.Qurumdan bildirilib ki, nazirlik həlak olan hərbi qulluqçuların əzizlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir: “Hərbçilərin həlak olması faktı üzrə hazırda Hərbi Prokurorluqda istintaq aparılır. Baş vermiş hadisəyə Hərbi Prokurorluq tərəfindən hüquqi qiymət verildikdən sonra müraciətdə qeyd olunan məsəyə baxılacaq”.
Son xəbərlər
Son Xəbərlər