Helikopterlə havaya qalxdıqdan sonra yoxa çıxan Buzova tapılıb

helikopterle-havaya-qalxdiqdan-sonra-yoxa-cixan-buzova-tapilib
Oxunma sayı: 4700

Helikopterlə dağlara uçan və bir gün əlaqə qurulmayan rusiyalı müğənni və teleaparıcı Olqa Buzovadan xəbər var.

“Qafqazinfo” Rusiya mediasına isitnadən xəbər verir ki, ifaçının hazırda otellərin birində dincəldiyi məlum olub. 

Bildirilir ki, dağlıq ərazidə rabitə problemi yarandığından Buzova ilə əlaqə itib. İfaçını istirahət yerinə çatdıran helikopter bazaya qayıdıb.

Qeyd edək ki, daha əvvəl Buzovanın PR meneceri Anton Boqoslavski onun yoxa çıxdığını açıqlamışdı.