“Qafqazinfo”ya daxil olan məlumata görə, A.Ustinova müsabiqəyə Instaqram videosu ilə qatılıb. Həmin videonu buradan və ya YouTube-da #HelloBaku yazaraq izləyə bilərsiniz.
Yarışa İnstaqram və Tvitterdə mart ayında start verilib. Avropanın hər yerindən sosial media istifadəçiləri “HelloBaku” yazısı altında şəkil və videolar paylaşmağa dəvət olunubdular və nəticədə İspaniya, Ukrayna, Serbiya, Macarıstan, Türkiyə və bir çox başqa ölkələrdən çoxsaylı paylaşmalar olub.
Bakı 2015, izləyicilərin marağına ən çox səbəb olan video ilə qalib gələrək, mükafatı qazanan Anastasiya Ustinovanı təbrik edir.
Anastasiya Ustinova Bakıya 2 nəfərlik bilet, oteldə qalma və Birinci Avropa Oyunlarının açılış mərasiminə 2 bilet əldə edib.
Son xəbərlər
Son Xəbərlər