Helsinkidə ekipaj üzvü təyyarədən yıxıldı

helsinkide-ekipaj-uzvu-teyyareden-yixildi
Oxunma sayı: 2020

Finlandiyada ekipaj üzvlərindən biri “Airbus A320” təyyarəsindən yıxılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Finlandiya Qəza Təhqiqatı Bürosunun Tvitter səhifəsində yazılıb. İnsident Helsinki aeroportunda uçuş başa çatdıqdan sonra parketmə zamanı baş verib.

Hadisə nəticəsində ekipaj üzvü travma alıb və xəstəxanaya yerləşdirilib.

Hazırda fakt araşdırılır.