“Həm 20 milyonumu aldı, həm də məni döydü” - Boşanan müğənni danışdı

hem-20-milyonumu-aldi-hem-de-meni-doydu
Oxunma sayı: 5815

Müğənni Songül Karlı maqazin verilişlərinin birində boşandığı əri Mətin Yüncüdən danışıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, ifaçı 5 il ailəli olduğu keçmiş ərini dələduzluqda ittiham edib: “Mənim 20 milyon lirəmi ələ keçirdi. Toyumuzda bəylik kostyumuna qədər hər şeyin pulunu özüm vermişdim.

Üstəlik, məni döyürdü. Mən də boş dayanmırdım, məni döyəndə onu vururdum. İndiyə kimi heç bir kişi üçün ağlamamışam. Ancaq mən də sevdiyim üçün kədərlənməyi, səhərə kimi ağlamağı arzulayıram”.