“Həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə işləyirik” - Zaxarova

“Həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə işləyirik”
Oxunma sayı: 2501

Rusiya XİN və Müdafiə Nazirliyi vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq və vəziyyəti normallaşdırmaq məqsədi ilə həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə işləyir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi fonunda RF XİN başçısının Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşünün mümkünlüyünü şərh edən Zaxarova qeyd edib ki, belə bir görüşün təşkil ediləcəyi təqdirdə bu barədə vaxtında məlumat veriləcək.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi