Həm savaşdan, həm ailələrindən qaçan cütlük - “Dönsək, bizi öldürərlər”

hem-savasdan-hem-ailelerinden-qacan-cutluk
Oxunma sayı: 2576

Avropada sığınacaq tapmaq ümidi ilə Suriyadan axın edən qaçqınlar arasında savaşla yanaşı, ailələrindən qaçanlar da var.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ədirnəyə gələn suriyalılar arasında yeni evlənmiş cütlük də olub. Rabiya Hassan (21) və İşrad Hassanın (23) 4 ay öncə evləndikləri və bir ay əvvəl Türkiyəyə gəldikləri məlum olub. Çütlük universitet oxuyarkən tanış olublar, lakin məzhəb ayrılığı səbəbindən evlənmələrinə ailələri qarşı çıxıb.

Hassan cütlüyü “dönərsək, ailələrimiz bizi öldürər” deyirlər. Maşın mühəndisliyi oxuyan Rabia Hassan təhsilinə Avropada davam etmək istəyir. İşrad Hassan isə ailəsinin təzyiqi ilə kompüter mühəndisıliyi oxuduğunu, lakin qəbul olunarsa musiqi təhsili almaq istədiyini bildirib.