“Həm yardım edib, həm vergi ödəmək məntiqsizdir”

“Həm yardım edib, həm vergi ödəmək məntiqsizdir”
Oxunma sayı: 1845

“Özəl sektor gənclərə sosial yardım etmək istəyir və bu sponsorluq adlandırılır deyə dərhal vergi məsələsi ortaya çıxır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin iclasında deputat Elnur Allahverdiyev deyib.

O qeyd edib ki, buna görə də özəl sektor tərəddüd edir: “Bu, normaldır. Həm sosial yardım edir, həm də DSMF-yə vergi ödəyir. Bu, məntiqsiz məqamdır. Təklif edərdim ki, özəl sektor etdiyi yardımın ən azından DSMF-sini ödəməsinlər” .

E.Allahverdiyev təklif edib ki, idman sahəsində sponsorluq edən özəl şirkətlərə həmin məbləğ qədər vergilərdə hansısa güzəşt olunsun: “Bu, özəl sektorun, gənclərin, idmanın inkişafında aktiv iştirak etməsinə şərait yaradacaq”.

Zaur Mirzə