G7 ölkələrinin liderləri HƏMAS-ı ABŞ Prezidenti Co Baydenin Qəzza zolağında atəşkəslə bağlı təklifi ilə razılaşmağa çağırıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda G7 sammitinin yekun bəyanatında deyilir:
“Biz bir daha HƏMAS-ı atəşkəs təklifini tam və qeyd-şərtsiz qəbul etməyə çağırırıq”.
G7-nin dövlət başçıları hesab edirlər ki, ABŞ-nin təklifi Qəzza zolağında dərhal atəşkəsə, girovların azad edilməsinə və anklava daxil olan humanitar yardımın əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq.
Son xəbərlər
Son Xəbərlər