HƏMAS girovların dəyişdirilməsi təklifinə yaxın saatlarda cavab verəcək - KİV

hemas-girovlarin-deyisdirilmesi-teklifine-yaxin-saatlarda-cavab-verecek
Oxunma sayı: 858

HƏMAS hərəkatı yaxın saatlarda girovların mübadiləsi üçün vasitəçilərin təklif etdiyi razılaşmaya cavab verəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Telekanalın məlumatına görə, hərəkatın nümayəndə heyəti azad edilə biləcək girovların siyahısını hazırlamaq üçün Misirdə vasitəçilərlə görüş keçirir.

Qeyd edək ki, bundan əvvəl HƏMAS hərəkatının nümayəndələri və İsrail rəsmilərinin Qəzza zolağında münaqişədə təklif olunan atəşkəs barədə razılığa gəlməsi məlum olub.