“Həmas” İsrailə 130 raket atıb - Ölən və yaralananlar var

hemas-israile-130-raket-atib
Oxunma sayı: 3363

Fələstinin "Həmas" radikal qruplaşmasına daxil olan "İzzəddn əl-Qassam briqadaları" Qəzza zolağından Tel-Əvivə və İsrailin mərkəzinə 130 raket atıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "The Times of İsrael" qəzeti yazıb. Bildirilir ki, raket zərbələri nəticəsində 1 nəfər ölüb, azı 8 nəfər yaralanıb. Ölən şəxs qadındır.

Nəşr yazır ki, hava zərbələrindən sonra Ben-Qurion hava limanı bağlanıb.