“Həmas”ın lideri baldızları ilə evlənib

hemasin-lideri-baldizlari-ile-evlenib
Oxunma sayı: 1753


“Qafqazinfo”nun məlumatına görə, publika.az Britaniyanın “Sunday Times” qəzetinə istinadən xəbər verir ki, bu haqda onun qayınanası, 61 yaşlı Zean Asfura danışıb. O bildirib ki, arvadını itirən yeznəsinin onun  digər iki qızı ilə evlənməsindən qürur  duyur.

Zean Asfura bu qızlarının da həlak olacağından qorxmadığını deyib. 

Xatırladaq ki, Məhəmməd Deyfin evi  İsrail raketi ilə partladılarkən onun həyat yoldaşı Vibad Deyfə və 2 uşağı həlak olmuşdu.  İsraillilər Məhəmməd Deyfi terrorçu elan edərək onu yüzlərlə yəhudinin ölümündə suçlu bilirlər.