Həmcinslərini fahişəliyə cəlb edən daha bir qadın saxlanıldı

hemcinslerini-fahiseliye-celb-eden-daha-bir-qadin-saxlanildi
Oxunma sayı: 3420


“Qafqazinfo”nun Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə istinadən məlumatına görə, idarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri cinayəti törətməkdə təqsirləndirilən Rzayeva Aidə Alim qızı ilə cinayət əlaqəsinə girərək Azərbaycan vətəndaşı olan qadınların Türkiyənin Ağrı şəhərində cinsi istismara məruz qoyulmasında iştirak etmiş şəxs müəyyən edilib. Əməliyyat tədbirləri nəticəsində həmin şəxs – Mingəçevir sakini, 1977-ci il təvəllüdlü Məmmədova Zəminə Mövsüm qızı tutulub.

Faktla bağlı araşdırma aparılır.