Ötən həftə ölkəmizdə səfərdə olmuş Ayətullahil-üzma Nuri Həmədani Azərbaycan xalqı və Şeyxül-İslama qonaqpərvərliyi və lütfkarlığına görə təşəkkür edib.
İran səfirliyindən “Qafqazinfo”ya daxil olan təşəkkür məktubunda bildirilir ki, Allaha həmd olsun ki, sizin və Şeyxül-İslamın vücudu ilə nurlanmış ölkəyə (Azərbaycana) səfəri Allah-taalanın müvəffəqiyyəti ilə həyata keçib: “Öz varlığı ilə İslam və pak Əhli-beytə olan eşq və məhəbbətini nümayiş etdirən dindar və Əhli-beyt sevər bir xalqla görüşün mənə nəsib olduğuna görə Allaha şükür edirəm. Bu münasibətlə sizə və Şeyxül-İslama, həmçinin İranın Azərbaycandakı möhtərəm səfiri və bütün hörmətli Azərbaycan xalqına göstərdikləri və hər zaman yadımda qalacaq məhəbbət, lütfkarlıq və qonaqpərvərliyə görə öz təşəkkürümü bildirməyi lazım sayıram.”
Son xəbərlər
Son Xəbərlər