“Həmin anda şansımızdan istifadə edə bilmədik” - Yurçeviç

“Həmin anda şansımızdan istifadə edə bilmədik”
Oxunma sayı: 894

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç Slovakiya yığmasına səfərdə 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə mərhələsinin oyunundan sonra mətbuat konfransı keçirib.

"Qafqazinfo"nun məlumatına görə, xorvatiyalı mütəxəssis oyun barədə fikirlərini bölüşüb:

“Qələbə münasibəti ilə rəqibi təbrik edirəm. Ancaq bu qələbə onlara final mərhələsinə yüksəlmək üçün kifayət etmədi və Slovakiya millisi buna nail olmaq üçün Millətlər Liqasında mübarizə aparacaq.

Oyundan əvvəl keçirilən mətbuat konfransında da qeyd etdiyim kimi, komandamızda xeyli problemlər var idi. Zədəli futbolçulardan başqa, fasilədə Eddi İsrafilov əvəzlənməsini istədi. Əvəzində Elvin Camalov meydana daxil oldu və pis təsir bağışlamadı. Birinci hissədə topa nəzarət edə bilmirdik. Ancaq fasilədən sonra daha yaxşı oynadığımızı düşünürəm. Hətta bir epizodda hesabı bərabərləşdirməyə yaxın olduq. Təəssüf ki, həmin anda şansımızdan istifadə edə bilmədik. Əvəzində qapımızdan ikinci topu buraxdıq.

Təbii ki, seçmə mərhələni 1 xalla başa vurmağımızdan mən də razı deyiləm. Ancaq qeyd etməliyəm ki, bu seçmə mərhələdə bir neçə gənc futbolçuya oynamaq imkanı yaratdıq, keyfiyyətli rəqiblərlə qarşılaşdıq”.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi