“Həmin anları təkrar yaşamaq istəyirəm” - Ronaldo

hemin-anlari-tekrar-yasamaq-isteyirem-
Oxunma sayı: 1263

“Real”ın portuqaliyalı ulduzu Kriştianu Ronaldo “Atletiko” ilə oynayacaqları Çempionlar Liqasının final qarşılaşması haqqında fikirlərini bildirib.

Qafqazinfo” xəbər verir ki, o, gərgin qarşılaşma olacağını bildirib. Ronaldo həmçinin deyib ki, Çempionlar Liqası kuboku onun üçün bütün kuboklardan vacibdir: “Özümü çox yaxşı hiss edirəm. Məşqdə ayağımdan kiçik zədə almışdım. Bir az ağrılarım var idi və indi düzəlib. Qarşılaşmaya gəlincə, çox çətin olacaq. Matça yaxşı start verməliyik. Finalda qalib gəlmək əla hissdir. Çempionlar Liqası kuboku mənim üçün bütün kuboklardan vacibdir. Mən bu anları yaşamışam və yenə də yaşamaq istəyirəm”.