Həmin ata üç qızını da döyürmüş - Komitədən açıqlama

hemin-ata-uc-qizini-da-doyurmus
Oxunma sayı: 3357

Dövlət Komitəsi və Xəzər RİH-nin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın əməkdaşları atası tərəfindən fiziki zorakılığa məruz qalan azyaşlı və onun ailəsi ilə görüşüblər.

Komitədən “Qafqazinfo”ya verilən məlumata görə, Şüvəlan UADM-in psixoloqu, sosial iş üzrə mütəxəsis və sosial pedaqoqunun iştirakı ilə zərərçəkmiş şəxsin ailəsinə səfər olunub.

Bildirilib ki, Lalə Məmmədova (şərti ad) həyat yoldaşı Məmmədov Elnur Eltəmas oğlu ilə 2007-ci ildən ailə qurublar. Onların bu nikahdan 3 qız övladı dünyaya gəlib. Zərərçəkmiş uşaqların daimi olaraq ataları tərəfindən fiziki zorakılığa məruz qaldığı haqqında məlumat verib. Dəfələrlə ayrılmaq istəsə də, valideynlər buna razılıq verməyib. Hazırda qadın nikahın pozulması üçün məhkəməyə müraciət edəcəyini bildirib.

Mütəxəssislər tərəfindən uşaqlarla ətraflı söhbət aparılıb, psixo-sosial dəstək göstərilib.

Komitənin Şüvəlan UADM tərəfindən uşaqların psixoloji reabilitasiyaya cəlb olunması nəzərdə tutulur.

Xatırladaq ki, Bakıda kişinin azyaşlıya qarşı zorakılıq etməsini əks etdirən görüntülər yayılıb. Videoda onun balaca qıza qarşı kobud davranması, saçını dartması və başına güclü zərbələr vurması görünür.

Qeyd edək ki, fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, E.Məmmədov polis tərəfindən saxlanılıb.