“Bir il ərzində bütün uşaq bağçalarında həm uşaqlar, həm də müəllimlər üzrə bütün sənədləri vahid sistemə toplaya bilmişik. Məlum olub ki, uşaq bağçalarında 5 800 tərbiyəçi müəllimin təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsili yoxdur. Lakin həmin müəllimlərin işdən çıxarılması hazırda müzakirə mövzusu deyil”.
“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, proses bitdikdən sonra qanunun tələbi nədirsə, ona uyğun da davam ediləcək: “Bizim niyyətimiz hansısa müəllimin əmək haqqını kəsmək deyil”.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər