“Həmin epizod zamanı bir qədər də bəxtimiz gətirdi” - Slovakiya yığmasının baş məşqçisi

hemin-epizod-zamani-bir-qeder-de-bextimiz-getirdi
Oxunma sayı: 1497

Futbol üzrə Slovakiya milli komandasının baş məşqçisi Pavel Hapal Azərbaycan yığmasına 2:0 hesabı ilə qalib gəldikləri AVRO-2020-nin seçmə oyunundan sonra mətbuat konfransı keçirib.

"Qafqazinfo"nun məlumatına görə, təcrübəli mütəxəssis oyun barədə fikirlərini bölüşüb:

“Biz oyuna yaxşı başladıq və bir neçə təhlükəli epizodlar yaratdıq. Rəqib isə kompakt oynadı. Fasilədən sonra sanki Azərbaycan millisinin futbolçularında bir canlanma yaşandı. Bizdə isə əksinə, ikinci hissədə futbolçularım bir qədər həvəsdən düşdülər. Uelsin hesabda öndə olması xəbəri də təsir etməyə bilməzdi.

Azərbaycan millisinin hesabı bərabərləşdirmək imkanı oldu, ancaq qapıçımız əla çıxış edərək buna imkan vermədi. Həmin epizod zamanı bir qədər də bəxtimiz gətirdi. Ardınca isə ikinci qolu vurduq”.