Həmin ərazidəki məhdudiyyət aradan qaldırıldı

hemin-erazideki-mehdudiyyet-aradan-qaldirildi
Oxunma sayı: 1754

Bakının Nizami rayonu, Babək prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, “Baku Medical Plaza”nın yaxınlığında yolda aparılan təmir işləri səbəbindən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan götürülüb.