“Dağlıq Qarabağ və ətraf ərazilərdə 6 mühafizə olunan ərazi olub. Hazırda bu ərazilərdə monitorinq və ilkin qiymətləndirmə işlərinə başlanıb və dəymiş ziyanın miqdarı araşdırılır. Gələcəkdə bu işlərə beynəlxalq mütəxəssislər də cəlb olunacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov işğaldan azad olunmuş ərazilərdə ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, xüsusi mühafizə olunan ərazilərə dəyən ziyanın miqdarı çox böyükdür: “Nazirlik “Daşaltı”, “Arazboyu” və “Bəsitçay” yasaqlığında bu ziyanın qiymətləndirilməsiylə bağlı işlər aparır və nəticələr müvafiq dövlət orqanlarına təqdim olunacaq”.
V. Kərimov həmçinin bildirib ki, indiyə qədər işğal olunan ərazilərdə yaşı 1000-2000 il olan ağaclar da məhv edilib. Bu faktlarla bağlı indiyə qədər beynəlxalq qurumlara dəfələrlə şikayət olunub. Lakin həmin qurumlar bu məsələlərə ikili standartlarla yanaşıblar.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər