““Ali təhsil haqqında” qanun layihəsində elmi tədqiqatların maliyyələşməsi ilə bağlı müəyyən qüsurlar var. 2011-ci ildən heç bir universitet bir manat da olsa maliyyə almayıb”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri ADNSU-nun rektoru Mustafa Babanlı Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
“Belə olan halda hansı elmdən söhbət gedə bilər?! Hamı reytinq, məqalə istəyir. Bəs bu nəyin hesabına olacaq?! Yenə də alimlərin özünün fədakarlığı , yaxud da təhsildən əldə edilən vəsait hesabına olur. Yadıma gəlir ki, ADNSU “universitet layihəsi” adı altında çıxış etmişdi. Maliyyə yoxlamalarında mənə ən böyük qüsur tutdular ki, buna elmi layihələrin maliyyələşdirilməsi adı qoya bilməzsiniz. Ona görə də bu məsələlərlə elə məqamlar nəzərdə tutulmalıdır ki, heç olmasa, universitet özü maliyyə ayıra bilsin”, – deyə rektor əlavə edib.
M. Babanlı vurğulayıb ki, müəssisələr universitetlərdən pulsuz kadrlar alırlar: “Bu kadrlar müəssisələrə külli miqdarda gəlir gətirir. Müəssisələrin gəlirlərinin 1 faizi universitetlərin maliyyələşdirilməsinə yönəlməlidir. Sovet dövründə bu, 5 faiz idi”.
Zaur Mirzə
Son xəbərlər
Son Xəbərlər