“Həmin müddətdə qazın hesablanmasında problemlər yaranır”

hemin-muddetde-qazin-hesablanmasinda-problemler-yaranir
Oxunma sayı: 1602

"Bakıdan kənarda, rayonlar yerləşən və fəaliyyət göstərən zavod və fabriklərdə, sahibkarların istifadə etdiyi qaz sayğacları ildə bir dəfə yoxlanılır. Bu sayğaclar daha sonra Bakıya laboratoriyaya göndərilir. Həmin qaz sayğacının təmir olunub müayinədən keçirildiyi müddət ərzində qazın hesablanmasında problemlər yaranır".

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin ötən gün baş tutan iclası zamanı deputat Naqif Həmzəyev səsləndirib. 

O, bu problemin həllinin “Qaz təchizatı haqqında” qanuna dəyişiklik edilməsi barədə layihəni salınmasını təklif edib. “Dəyişikliklərə əsasən, qanunun 8.1-ci maddəsində açıq şəkildə göstərilir ki, qanunsuz istifadə zamanı dəymiş ziyanın hesablanması üçün qaz sərfi, istehlakçının istifadə etdiyi qazın qurğusu, həmin mövsüm, əvvəlki dövrün orta gündəlik qaz sərfi nəzərə alınaraq hesablanacaq”.

Deputat qaz sayğaclarının Bakıya laboratoriyaya gətirildiyi zaman, keçən müddət ərzində də qaz sərfiyyatının məhz bu qayda ilə hesablanmasını təklif edib: “Bu da sahibkarların, xüsusi ilə Bakıdan kənarda fəaliyyət göstərən sahibkarların böyük bir problemin həllinə səbəb olacaq. Bu qanun layihəsində xeyli sayda boşluqlar və problemlər həllini tapmaqdadır. Düşünürəm ki, dəyişiklik ediləcəyi təqdirdə bu boşluq və iki yanaşma da öz həllini tapacaq”.