Həmin paradda ən çox 6 yaşlı şahzadədən danışıldı - Video

hemin-paradda-en-cox-6-yasli-sahzadeden-danisildi
Oxunma sayı: 7215

Xəbər verdiyimiz kimi, iki gün əvvəl Böyük Britaniya və Şimali İrlandiyanın Kralı III Çarlzın doğum günü münasibətilə ölkədə təşkil edilən ənənəvi kral süvari paradı - “Trooping the Color” keçirilib və kral ailəsi hərbi şounu eyvandan izləyib.

“Qafqazinfo”nun məlumatına görə, Uels şahzadəsi Uilyam və xanımı Keyt Middletonun sonuncu uşaqları - 6 yaşlı Luis bu dəfə də medianın diqqətində olub.

Belə ki, marş çalınarkən onun rəqs etməsi müzakirələrə səbəb olub. Bildirilib ki, hakim ailə uşaqlara nə qədər təlim keçsə də Luis bu paradda sağa-sola rəqs hərəkətləri edib. 9 yaşlı bacısı Şarlottanın onu dayandırmağa çalışması diqqətdən qaçmayıb.

Qeyd edək ki, şahzadə Luis daha öncə də müxtəlif tədbirlərdə analoji hərəkətləri ilə gündəm olmuşdu.