“Həmin sammitdə Lavrovla birbaşa təmasım olmayıb”

hemin-sammitde-lavrovla-birbasa-temasim-olmayib
Oxunma sayı: 917

ABŞ Dövlət katibi Entoni Blinken 19-cu Şərqi Asiya sammiti çərçivəsində Rusiyanın XİN rəhbəri Sergey Lavrovla birbaşa təmaslarının olmadığını açıqlayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Blinken bu barədə mətbuat konfransında danışıb. 

“Lakin o, Rusiyanın adından çıxış etdikdə mən zalda idim. Mən də ABŞ adından danışdıqda Lavrov zalda idi. Düşünürəm ki, bir-birimizi dinlədiyimizi əminliklə deyə bilərəm”, - deyə Blinken qeyd edib. 

Xatırladaq ki, 19-cu Şərqi Asiya sammiti oktyabrın 6-dan 11-nə qədər Laosda keçirilib.