Həmin sui-qəsdçi belə zərərsizləşdirilib - Video

hemin-sui-qesdci-bele-zerersizlesdirilib
Oxunma sayı: 14132

ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı sui-qəsd həyata keçirməyə çalışan 20 yaşlı Tomas Metyu Kruksun zərərsizləşdirlidiyi görüntülər yayılıb.

“Qafqazinfo”nun məlumatına görə, kadrları “Marca” nəşri dərc edib.

Qeyd olunub ki, o, atəş açmağa başlayan kimi, məxfi xidmət orqanlarının snayperçisi tərəfindən zərərsizləşdirilib. 

Metyu Kruks zərərsizləşdirilsə də, onun Trampın yerləşdiyi səhnədən təxminən 130 metr aralıda olan istehsalat müəssisəsinin damından açdığı atəşlərdən biri eks-prezidenti qulağından yaralayıb.