“Həmin vaxta kimi Ukraynada atəşkəs olmayacaq”

hemin-vaxta-kimi-ukraynada-ateskes-olmayacaq
Oxunma sayı: 3599

“Kiyev müttəfiqlərindən təhlükəsizlik zəmanəti almayana qədər Ukraynada atəşkəs olmayacaq”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə deyib.

O vurğulayıb ki, yalnız Ukrayna təhlükəsizlik zəmanəti aldıqda atəşkəslə razılaşmağa hazırdır.

Siyasətçinin fikrincə, bu, münaqişənin zamanla yenidən başlamaması üçün lazımdır:

“Müharibənin sonu yalnız o şəkildə olacaq ki, biz bilək ki, sabah yenidən başlamayacaq”.