“Həmin yardım gündəlik 5-10 manat qazananlar üçün çox vacibdir”

hemin-yardim-gundelik-5-10-manat-qazananlar-ucun-cox-vacibdir
Oxunma sayı: 2268

“Hökumət yardım verilməsinə yenidən baxsın”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu deputat Bəhruz Məhərrəmov parlamentin iclasında deyib. O bildirib ki, günəmuzd işləyənlər, fəhlə işləyənlər və digər sahələrdə rəsmi müqavilə olmadan işləyən şəxslər var:

“Onlar işsiz kimi qeydiyyatda olmayıblar, burada özlərinin və dövlət qurumlarının da günahı var. Bu gün yardımdan kənarda qalırlar. Həmin yardım gündəlik 5-10 manat qazananlar üçün çox vacibdir. Onların qazandıqları pul o qədər də böyük məbləğ olmayıb ki, kənara pul atsınlar. Bizim adət-ənənəmiz də var. Kimlər ki, azca da olsa, pul qazanmışdı, onu Novruz bayramında xərclədilər. Hökumətdən xahiş edirəm ki, bu təbəqəyə aid insanlara yardım verilməsinə yenidən baxılsın. Adına pay torpağı olanlara yardım verilməməsinə də yenidən baxılmalıdır. Çünki bu tədbirlər karantin dövrü üçün nəzərdə tutulub”.