Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.
Nazirlər Kabinetindən (NK) “Qafqazinfo”ya bildirilib ki, məktubda İ.Kobaxidze Ə.Əsədovu Azərbaycanın Baş naziri təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan-Gürcüstan əməkdaşlığı və qarşılıqlı dəstəyi iki ölkənin strateji tərəfdaşlığının, sıx mehriban qonşuluq əlaqələrinin bariz ifadəsi kimi qiymətləndirilib, münasibətlərin gələcəkdə daha da intensiv və əhatəli olacağına əminlik ifadə olunub.
Gürcüstanın Baş naziri iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində birgə səy göstərməyə hazır olduğunu bildirib.
***
Özbəkistanın Baş naziri Abdulla Aripov da Azərbaycan Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.
A.Aripov həmkarını Azərbaycanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Məktubda Azərbaycan-Özbəkistan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədilə dövlət başçıları tərəfindən iki ölkənin hökumətlərinin qarşısında qoyulmuş mühüm vəzifələrin həyata keçirilməsində sıx əməkdaşlığa ümid ifadə olunur.
A.Aripov, həmçinin nəqliyyat-logistika, energetika, sənaye, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə əldə olunmuş razılaşmaların ardıcıl surətdə həyata keçiriləcəyinə əminliyini ifadə edib.
Son xəbərlər
Son Xəbərlər