Həmkarlarından sonra əməkdar artist də koronavirusa yoluxdu

hemkarlarindan-sonra-emekdar-artist-de-koronavirusa-yoluxdu
Oxunma sayı: 1527

Rusiyanın Əməkdar artisti Darya Moroz koronavirusa yoluxub.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Aktrisanın keçmiş həyat yoldaşı Konstantin Boqomolov və qızı Anna da Covid-19 testindən keçiblər. Onların nəticələri neqativ olub.

Xatırladaq ki, Daryanın iştirak etdiyi “Ulduzlarla rəqs” şousundakı digər həmkarları Mariya İvakova ilə Alyona Babenkoda da koronavirus tapılıb.