Həmkəndlisini başından güllələyib - Öldürdü

hemkendlisini-basindan-gulleleyib-
Oxunma sayı: 1389

Tovuz rayonunda qətl hadisəi baş verib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə aprelin 13-də rayonun Qalaboyun kəndində olub.

Kənd sakini Məqsəd Əmiraslanov baş nahiyəsindən güllə yarası ilə xəstəxanaya aparılarkən yolda ölüb. Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən kənd sakini Natiq Ələkbərov tutulub.

Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-34” markalı tüfəng götürülüb.

Murad Əhməd