İsmayıllıda bıçaqlanma olub.
“Qafqazinfo” xəbər verir ki, İsmayıllı rayonunun İsmayıllı kənd sakini Məzahir İsmayılov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, həmkəndlisi tərəfindən bıçaqlandığı barədə məlumat verib.
Hadisəni törətməkdə şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum olunmuş Elton Ələşrəfov saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək M. İsmayılova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.
Faktla bağlı araşdırmalar aparılır.
Son xəbərlər
Son Xəbərlər