Həmkəndlisini güllələyib öldürdü

hemkendlisini-gulleleyib-oldurdu
Oxunma sayı: 2252

Sentyabrın 12-i saat 13 radələrində Yardımlı rayon, Arvana kənd sakini 1999-cu il təvəllüdlü Nəsrəddin Sətizadə odlu silahdan açılan atəşlə öldürülüb.

Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, 1988-ci il təvəllüdlü Asif Ağayevin kənd ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Nəsrəddin Sətizadənin sinə nahiyəsinə ov tüfəngindən atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Asif Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.