Həmkəndlisini kafedə bıçaqladı

hemkendlisini-kafede-bicaqladi
Oxunma sayı: 867

Zaqatalada kafedə bıçaqlanma hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə axşam saatlarında rayonun Qandax kəndində yerləşən kafelərdən birində qeydə alınıb.

Belə ki, kənd sakini, 1978-ci il təvəllüdlü Natiq Əliyev həmkəndlisi Tural Bayramov tərəfindən bıçaqlanıb.

Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin müayinə zamanı 42 yaşlı N.Əliyevin çiyinin arxa tərəfindən bir bıçaq zərbəsi aldığı məlum olub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov