Həmsədrlər fevralın 3-də Bakıya gəlirlər

hemsedrler-fevralin-3-de-bakiya-gelirler
Oxunma sayı: 747

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) regiona səfərlərinin dəqiq tarixi məlum olub.
 
“Qafqazinfo”nun məlumatına görə, diplomatik mənbə APA-ya bildirib ki, vasitəçilərin regiona səfəri Azərbaycandan başlanacaq.
 
Onlar fevralın 3-də Bakıya gələcəklər.
 
Fevralın 4-də həmsədrlərin Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.
 
Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.
 
Vasitəçilər Bakıdan İrəvana yollanacaq, orada Ermənistan rəhbərliyi ilə görüşəcəklər.