ATƏT-in Minsk Qrupunun həmsədrləri fevralın əvvəlində regiona səfər edəcəklər.
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, bunu Xarici işlər naziri Elmar Məmmədyarov Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavabında bildirib.
Nazir qeyd edib ki, müzakirələri davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər: “Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir”.
Son xəbərlər
Son Xəbərlər