ATƏT-in Minsk qrup həmsədrləri Parisdə Xarici işlər naziri Elmar Məmmədyarovla görüşün yekunlarına dair bəyanat yayıblar.
“Qafqazinfo”nun xəbərinə görə, bəyanatda bildirilir ki, görüşdə sülh prosesinin irəli aparılmasının mümkün variantları müzakirə edilib.
ATƏT-in şəxsi nümayəndəsi Anjey Kaspşik görüş iştirakçılarına təmas xəttindəki vəziyyət barədə məlumat verib. Nazir E. Məmmədyarov isə Azərbaycanın aktiv danışıqlara hazır olduğunu söyləyib.
Həmsədrlər Ermənistanın yeni rəhbərliyi ilə iyunda görüşəcəklərini vurğulayıblar.
Son xəbərlər
Son Xəbərlər