Həmsədrlər Qarabağa gedəcəklər

hemsedrler-qarabaga-gedecekler
Oxunma sayı: 883

ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun həmsədrləri yenidən münaqişə zonasına yollanmaq niyyətindədirlər.

QafqazinfoVirtualaz.org-a istinadən xəbər verir ki, qrupun rusiyalı həmsədri İqor Popoviun sözlərinə görə, hələlik səfərin dəqiq tarixi müəyyənləşdirilməyib.

"Təbii ki, biz gedəcəyik, lakin hələlik tarix məlum deyil. Tərəflərlə danışıqlar gedir. Onlara rahat olan vaxtda, qrafiklərinə uyğun baş tutacaq", - Popov deyib.

Onun sözlərinə görə, bazar ertəsi günü Vyanada rusiyalı, fransız və amerikalı həmsədrlərin iştirakı ilə ATƏT-in Minsk Qrupunun bütün üzvlərinin plana uyğun toplantısı keçirilib. Görüşdə ATƏT sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik də iştirak edib.