Həmsədrlərlə Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüş vaxtı açıqlandı

hemsedrlerle-azerbaycan-ve-ermenistan-xin-bascilarinin-novbeti-gorus-vaxti-aciqlandi
Oxunma sayı: 2041

Əgər iki dövlətin münasibətlərində vəziyyət və koronavirus pandemiyasının dinamikası imkan verərsə, ATƏT-in Minsk qrupu çərçivəsində 3+2 formatında (Rusiya, ABŞ və Fransadan olan üç həmsədr və Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri) Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə dair görüşün payızın əvvəlində keçirilməsi mümkündür. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti”yə RF XİN-dəki mənbə məlumat verib.

“İki dövlətin münasibətlərində vəziyyət və pandemiyanın dinamikası imkan verərsə, ATƏT-in Minsk qrupu çərçivəsində 3+2 formatında görüş payızın əvvəlində baş tuta bilər”, - agentliyin həmsöhbəti deyib.

“Hazırda əsas məsələ Azərbaycanla Ermənistan arasında sərhəddə kifayət qədər gərgin qalan vəziyyəti aradan qaldırmaq və ATƏT-in Minsk qrupu çərçivəsində diplomatik həll axtarışını gücləndirməkdir” – Rusiya XİN-dəki mənbə deyib.

O qeyd edib ki, mümkün görüşün yeri hələ müəyyənləşdirilməyib, o, istənilən yerdə keçirilə bilər.